Bütün xəbərlər
Metroda yıxılan qadın xəstəxanada ölüb
Tarix: 19-12-2024 11:36 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun Nevski rayonunun sakini "Proletarskaya" metrostansiyasının girişində yıxılaraq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik kamerasının görüntülərində qadının qapılardan içəri keçərək arxası üstə yıxıldığı görünür.
Sankt-Peterburq Metropoliteninin mətbuat xidməti sərnişinin pisləşdiyini, hadisə yerinə təcili tibbi yardım həkimlərinin cəlb edildiyini bildirib. Zərərçəkənə qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
Daha sonra qadının öldüyü məlum olub. Mənbənin "78.ru" portalına verdiyi məlumata görə, sankt-Peterburqlu qadın qan damarının yırtılması səbəbindən dünyasını dəyişib.





Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər