Bütün xəbərlər
Bir mənzildə bir qadın və iki uşağın cəsədi tapılıb
Tarix: 17-12-2024 11:02 | Bölmə: Cəmiyyət

LPR-nin Krasnodon şəhərindəki mənzillərdən birində 2016 və 2018-ci il təvəllüdlü qadın və uşaqların meyiti tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin LPR üzrə departament rəhbərinin böyük köməkçisi Yelena Markovskaya faciə ilə bağlı RİA Novosti-yə məlumat verib.
Agentliyin həmsöhbəti aydınlıq gətirdi ki, tapılan cəsədlərdə kəsilmiş yaralar var. Qətl faktı ilə bağlı cinayət işi açılıb.
Hadisə yerində əməliyyat-istintaq qrupu işə başlayıb. Koordinasiya Rusiya İstintaq Komitəsinin LPR üzrə istintaq şöbəsinin rəhbəri tərəfindən şəxsən həyata keçirilir.
Lazımi ekspertizalar təyin edilib, istintaqı maraqlandıran əşyalar götürülüb. Cinayət yerində izlər qeydə alınıb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər