Bütün xəbərlər
Məhkəmə uşağı öldürən qadını həbs edib
Tarix: 16-12-2024 17:52 | Bölmə: Cəmiyyət

Moskvanın Şerbinski Rayon Məhkəməsi dekabrın 14-də Yeni Moskvada öz Porsche markalı avtomobili ilə doqquz yaşlı uşağı vuraraq öldürən Natalya Sorokinanı həbs edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən verilən məlumata görə, o, fevralın 14-dək istintaq təcridxanasında qalacaq.
İstintaqın məlumatına görə, sərxoş vəziyyətdə olan Sorokina dəbdəbəli xarici avtomobili idarə edərkən idarəetməni itirərək səkiyə çıxıb və orada dayə və uşağı vurub. Doqquz yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb, dayə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Sürücü barəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olduğuna görə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb, lakin o, günahını etiraf edib.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər