Bütün xəbərlər
Azərbaycandan olan nikah dələduzunun qurbanları onun Rusiyada mühakimə olunmasını tələb edirlər
Tarix: 12-12-2024 09:52 | Bölmə: Cəmiyyət

“Rossiya 1” telekanalında danışan hüquqşünas Lidiya Mejuevanın bildirdiyinə görə, Rusiya və Azərbaycan vətəndaşlığı olan nikah fırıldaqçısı rus qadınlarına qarşı hərəkət edib, bu isə o deməkdir ki, o, Rusiya qanunvericiliyi çərçivəsində məsuliyyət daşımalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onlarla qadının dələduzluqda ittiham etdiyi nikah fırıldaqçısı Nadir Abulov qaçır və beynəlxalq axtarışdadır. Moskvada onun qızı Diana Dubson bir gün əvvəl 7 il müddətinə azadlıqdan məhrum edilib.Müstəntiqlərin fikrincə, o, atası ilə moskvalıları aldatmaqda iştirak edib.Kişi qızının biznesinə sərmayə qoyduğunu iddia edərək qurbanlarından pul istəyib. Lakin fırıldaqçılar qadınlardan özləri üçün yüz minlərlə, milyonlarla rubl pul alıblar.
Zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Lidiya Mejueva qeyd edir ki, dələduz Abulov iki vətəndaşlığı - Rusiya Federasiyası və Azərbaycan olmasına baxmayaraq, Rusiyada məsuliyyətə cəlb olunmalıdır.
“Biz cinayət işinin Azərbaycan Respublikasının ədliyyə orqanlarına verilməsinin əleyhinəyik, hesab edirik ki, o, Rusiya vətəndaşı olmaqla, Rusiya Federasiyasının ərazisində rus qadınlarına qarşı cinayət törətdiyi üçün burada cavab verməlidir”. “Rusiya 1”in efirində vurğulanıb.
Zərərçəkənlər həmçinin Abulovun Rusiyaya ekstradisiyasını tələb etmək niyyətindədirlər.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər