09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
İki tramvay toqquşub, 7 nəfər xəsarət alıb
Tarix: 07-12-2024 17:21 | Bölmə: Cəmiyyət

Permdə Uralskaya və Krupskaya küçələrinin kəsişməsində iki tramvay toqquşub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, 7 nəfər xəsarət alıb. Onlar yüngül xəsarətlər alıblar.
İlkin məlumata görə, qəza tramvaylardan birinin sürücüsünün yatması səbəbindən baş verib. Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsindən verilən məlumata görə, hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları işləyir.
7 və 8 saylı tramvayların toqquşduğu dəqiqləşir. Şəhər rəhbərinin sözlərinə görə, sözügedən ərazidə 4, 7, 8 və 11 nömrəli marşrutlarda hərəkət müvəqqəti olaraq dayandırılıb.
Qəza ilə bağlı rayon prokurorluğu araşdırma təşkil edib. Qurum yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinə əməl olunmasını yoxlayacaq.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər