Bütün xəbərlər
10 yaşlı uşaq oyun meydançasında döyülüb
Tarix: 17-11-2024 20:19 | Bölmə: Cəmiyyət

Sankt-Peterburq polisi Kolpinoda uşaq meydançasında uşağın döyülməsinin səbəblərini müəyyənləşdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, 10 yaşlı uşaq özü həkimlərə müraciət edib. Hadisə noyabrın 16-da baş verib.
“Təxminən gecə yarısı Kolpino rayon polisinə uşaq xəstəxanasından xəbər daxil olub ki, saat 22.00 radələrində göyərmiş və burnu sınıq olan 10 yaşlı uşaq həkimə müraciət edib”, - deyə, polisin açıqlamasında bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, məktəbli oğlanın yaşadığı Pavlovskaya küçəsindəki evin həyətində naməlum şəxslər tərəfindən döyülüb.
Hazırda hadisənin baş vermə şəraiti araşdırılır, polis hadisəni törədənləri axtarır.
Bundan əvvəl məhkəmə 14 yaşlı sinif yoldaşını qaçaraq vuran Sverdlovsk vilayətindən olan məktəblini həbs edib.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər