12:13 / 16-11-2024
Üzən oteldə yanğın olub
Bütün xəbərlər
Tula sakinini öldürməkdə şübhəli bilinən əcnəbi Kaluqa xəstəxanasında tapılıb
Tarix: 15-11-2024 18:29 | Bölmə: Cəmiyyət

Tula vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinin qətli ilə bağlı aparılan araşdırmalar çərçivəsində şübhəlinin şəxsiyyətini müəyyən ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın bölgə üzrə İstintaq İdarəsində qeyd edildiyi kimi, o, Azərbaycan vətəndaşıdır və hazırda Kaluqadakı xəstəxanalardan birindədir.
Məlumata görə, insident noyabrın 13-də Tulanın Salyut bazarı yaxınlığında baş verib. İki kişi arasında münaqişə yaranıb və bu zaman rəqiblərdən biri digərini bıçaqlayıb. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Müstəntiqlər müəyyən ediblər ki, hadisədən dərhal sonra şübhəli Kaluqa bölgəsinə gedib. O da yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Ərazi istintaq idarəsinin müstəntiqləri yaxın vaxtlarda onunla işə başlayacaqlar.
Həmçinin məlum olub ki, şübhəli şəxs Rusiyada qanunsuzdur və 2022-ci ildə Moskva vilayətində iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakı ilə bağlı axtarışa verilib.
Əvvəllər Volqoqrad vilayətində əcnəbi həmyaşıdını öldürdüyünə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər