12:13 / 16-11-2024
Üzən oteldə yanğın olub
Bütün xəbərlər
Sankt-Peterburqda ər arvadını ad günündə qayçı ilə kəsib
Tarix: 15-11-2024 12:10 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda arvadını ad gününü qeyd edərkən qayçı ilə kəsən ər haqqında cinayət işi açılıb. Hadisə sərxoş vəziyyətdə mübahisə zamanı baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında deyilir.
Noyabrın 13-də şübhəli şəxs hadisə yerində saxlanılaraq təcridxanaya yerləşdirilib. Məlum olub ki, 43 yaşlı kişi heç bir yerdə işləmir və dəfələrlə, o cümlədən həyat yoldaşını öldürməklə hədələdiyi üçün məhkum olunub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
Bundan əvvəl Krasnodarda iki dostunu keçmiş arvadını qaçırmağa razı salan şəxs barədə məlumat yayılmışdı. Qadın keçmiş ərinə qayıtmaqdan imtina edib, daha sonra kişi cinayət törətmək qərarına gəlib. Məhkəmə üç adamı qaçıranları uzun müddətə azadlıqdan məhrum edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər