Bütün xəbərlər
Mebel sexində qazanın partlaması nəticəsində direktor və fəhlə ölüb
Tarix: 14-11-2024 09:16 | Bölmə: Cəmiyyət

Tümendə müəssisənin direktoru və işçisi olan iki kişi mebel istehsalı sexində qazanın partlaması nəticəsində ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tümen İstintaq Komitəsinin məlumatına görə, faciə noyabrın 13-də günorta saatlarında Əmək Veteranları küçəsində yerləşən qeyri-yaşayış binasında baş verib.
Partlayış binaya ciddi ziyan vurub. Kişilər həyatla bir araya sığmayan xəsarətlər alıblar.
Hazırda fövqəladə hadisə yerində müstəntiqlər və prokurorlar işləyir. Faktla bağlı araşdırma aparılır. Mütəxəssislər baş verənlərin təfərrüatlarını öyrənir, şahidləri və zavod işçilərini dindirirlər. Sənaye təhlükəsizliyi qaydalarına uyğunluqla bağlı sənədləri yoxlayırlar.
İstintaqdan əvvəlki yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər