Bütün xəbərlər
Şüşə ilə uşağı başından ağır yaralayıb
Tarix: 12-11-2024 20:04 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsinin regional idarəsi xəbər verir ki, Nijni Novqorod vilayətinin sakini 11 yaşlı uşağın başına şüşə butulka atıb və ona ağır xəsarət yetirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Balaxninski rayonunun Mogiltsı kəndində baş verib. Xəsarət alan uşaq tibb müəssisəsinə çatdırılıb və ona lazımi köməklik göstərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən sağlamlığa ağır, insan həyatı üçün təhlükəli zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin motivini müəyyənləşdirirlər.
Bundan əvvəl Çelyabinsk vilayətinin müstəntiqləri öz evinin girişində 9 yaşlı uşağı döyən kişiyə qarşı azyaşlıya qarşı zorakılıq tətbiq etməklə öldürməklə hədələmə və xuliqanlıq maddəsi ilə cinayət işi açıblar.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər