Bütün xəbərlər
Yoldan keçənə turşu tökən psixiatriya xəstəxanasına göndərilib
Tarix: 12-11-2024 18:26 | Bölmə: Cəmiyyət

Yaroslavl şəhərinin Kirovski rayon məhkəməsi zorakılıq tətbiq etməklə xuliqanlıqda ittiham olunan 39 yaşlı yerli sakinin ixtisaslaşdırılmış psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmənin müəyyən etdiyinə görə, iyul ayında Yaroslavlda Svoboda küçəsi ilə gündüz saatlarında velosiped sürən şəxs yoldan keçən birinin iradına cavab olaraq onun üzünə sirkə turşusu atıb. Qurbanın gözün buynuz qişası yanıq xəsarəti alıb.
Məhkəmə-psixiatrik ekspertizası təyin edilib və nəticədə həmin şəxsin öz əməlinin ictimai təhlükəliliyini dərk etmədiyi və onlara nəzarət edə bilməməsi müəyyən edilib. Beləliklə, o, özünə və başqalarına təhlükə yaradır. Bununla bağlı məhkəmə prokurorun mövqeyi ilə razılaşaraq təqsirləndirilən şəxsə məcburi müalicə təyin edib.
Yaroslavl vilayəti prokurorluğunun Telegram kanalında qeyd edildiyi kimi, qətnamə qanuni qüvvəyə minməyib.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər