Bütün xəbərlər
Litvalı fəal Bartkevicius Sudjadakı müharibə abidəsini təhqir edib
Tarix: 12-11-2024 17:53 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsinin rəhbəri Baş İstintaq İdarəsinə Litva vətəndaşı Valdis Bartkeviçiusa qarşı cinayət işinin başlanmasını tapşırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Kiyev işğalçılarının nəzarətində olan Kursk vilayətinin Sudja şəhərində baş verən insident olub. Bartkeviçius Qırmızı Ordu əsgərlərinə ucaldılmış abidəni murdarlayıb və internetdə foto yerləşdirib. Müstəntiqlər lazımi məlumatları Rusiya Xarici İşlər Nazirliyindən tələb edəcəklər.
Litvadan olan fəal hər biri cinayət məsuliyyəti daşıyan digər işləri ilə də tanınır. O, mütəmadi olaraq əsgərlərin abidələrini təhqir edir, Rusiyanın Avropadakı səfirlikləri yaxınlığında etiraz aksiyaları təşkil edir, rus dilinin qadağan olunmasını tələb edir və ukraynalı nasistlərə fəal kömək edir.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər