Bütün xəbərlər
Qadın kiçik oğlunu döyərək öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 11-11-2024 21:40 | Bölmə: Cəmiyyət

Volqoqradın Dzerjinski Rayon Məhkəməsi kiçik oğlunu döyərək öldürən 37 yaşlı yerli sakini 11 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumata görə, 2022-ci ilin avqustunda qadın sərxoş halda uşağı şiddətli şəkildə döysə də, ona kömək göstərməyib. Yaralı oğlu üçün həkimləri işdən evə qayıdan atası çağırıb. Uşaq xəstəxanaya yerləşdirilib və iki ay sonra xəstəxanada ölüb.
Həmin ilin noyabr ayında da sərxoş olan qadın partnyorunun dostu ilə mübahisə edib və ona əlləri və küt əşyalarla azı 38 zərbə endirib. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Nəticədə münsiflər heyəti təqsirləndirilən şəxsi uşağın sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirli bilib. Məhkəmənin hökmü ilə qadın 11 il 4 ay müddətinə ümumi rejimli islah koloniyasında cəza çəkəcək. Eyni zamanda, münsiflər heyəti volqoqradlı qadını kişinin ölümündə təqsirli bilməyib və ona bəraət verib.
Hazırda hökm qanuni qüvvəyə minməyib.
Bundan əvvəl bildirilmişdi ki, Komsomolsk-na-Amurda iki yaşlı qız valideynləri onu yedizdirmədiyi və müalicə etmədiyi üçün dünyasını dəyişib. Faktla bağlı adam öldürmə və işgəncə maddələri ilə cinayət işi açılıb. Mərhumun anası və atası həbs edilib.



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər