Bütün xəbərlər
Podolskda ölən qızın anası qızının bıçaqla özünü yaraladığını deyib
Tarix: 09-11-2024 19:20 | Bölmə: Cəmiyyət

Podolskda bədbəxt hadisə baş verib: gənc bacılar evi təmizləyərkən mübahisə ediblər. Böyük bacı bıçaqla özünü vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qızların anasının bildirdiyinə görə, 13 yaşlı qız 10 yaşlı bacısı ilə mübahisə zamanı özünü qarnından bıçaqlayıb. Həkimlər uşağı xilas etməyə çalışsalar da, qız qan itirdiyindən təcili yardım maşınında dünyasını dəyişib.
Məlum olub ki, qız nevropatoloqun qəbulunda olub.
Məhkəmə-tibbi ekspertizası keçiriləcək.
Bundan əvvəl 10 yaşlı qızın bacısını qabların yuyulmasını tələb etdiyi üçün öldürdüyü bildirilirdi.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər