Bütün xəbərlər
Uşaq başından güllə yarası alıb
Tarix: 09-11-2024 16:48 | Bölmə: Cəmiyyət

Saratovda başından vurulan gənc oğlanın gülləsi və qəlpələri çıxarılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşaq özünə gəlib və həkim nəzarəti altındadır. Müstəntiqlər yoxlayır.
Dərgəçi kəndində 12 yaşlı uşaq pnevmatik tüfənglə başından yaralanıb. Onu tez bir zamanda rayon uşaq xəstəxanasına aparıblar, orada həkimlər kəllənin ön hissəsindən yad cismin çıxarılması üçün 5 saatlıq əməliyyat keçiriblər.
Saratov vilayətinin səhiyyə naziri Vladimir Dudakov bildirib ki, hazırda oğlan özünə gəlib və həkimlərin nəzarəti altındadır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər