Bütün xəbərlər
Yeniyetmə anasını öldürməkdə ittiham edilərək həbs edilib
Tarix: 08-11-2024 17:59 | Bölmə: Cəmiyyət

Məhkəmə anasını öldürməkdə təqsirləndirilən yeniyetmənin 2025-ci il yanvarın 6-na kimi həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında bildirdiyinə görə, 15 yaşlı müttəhim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə anasını öldürməkdə ittiham olunur.
İstintaq iddia edir ki, cinayət noyabrın 6-da səhər saatlarında Krasnaya Storojka kəndindəki fərdi yaşayış evində törədilib. Azyaşlı qadının başına balta ilə bir neçə zərbə endirib. Nəticədə o, yerindəcə keçinib.
Aydın olur ki, təqsirləndirilən şəxs müstəqil olaraq hadisə barədə polisə məlumat verib. O, dərhal saxlanılıb.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər