Bütün xəbərlər
67 milyon rubl dəyərində silsilə oğurluqda şübhəli bilinən quldurlar saxlanılıb
Tarix: 05-11-2024 09:50 | Bölmə: Cəmiyyət

Stavropol diyarında hüquq-mühafizə orqanları imkanlı yerli sakinlərdən oğurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi özünün Telregram kanalında bildirdiyinə görə, dəymiş ziyanın ümumi məbləği 67 milyon rubl təşkil edir.
İlkin məlumatlara görə, üç il ərzində basqınçılar Stavropol və Qafqaz Mineralnıye Vodı ərazisində varlı sakinlərin evlərinə və mənzillərinə daxil olublar. Onlar qızıl-zinət əşyaları, pul, bahalı məişət texnikası və digər qiymətli əşyaları oğurlayıblar.
Saxlanılan şübhəlilər Pyatiqorsk və Kislovodskdan olan iki nəfərdir. Barələrində oğurluqla bağlı 13 cinayət işi qaldırılıb, bir icraatda birləşdirilib.
Volk əlavə edib ki, müttəhimlər artıq nəzarətə götürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərdə mümkün şərikləri müəyyənləşdirirlər.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər