Bütün xəbərlər
Oğru mənzil sahibinin əlindən qaçmaq üçün üçüncü mərtəbədən özünü atıb
Tarix: 04-11-2024 11:01 | Bölmə: Cəmiyyət

Lipetskdə oğurluq etdiyi mənzilin sahibindən qaçmaq üçün üçüncü mərtəbənin eyvanından atılan şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət Daxili İşlər Nazirliyindən məlumat verilib.
İdarədən verilən məlumata görə, oktyabrın 24-də 29 yaşlı yerli sakin polisə müraciət edib. O, bildirib ki, işdən evə qayıdanda balkonda naməlum kişi görüb. Ev sahibini görən yad şəxs üçüncü mərtəbədən özünü atıb.
O, qızın ətirlərini, yeməklərini və şəxsi əşyalarını oğurlamağa müvəffəq olub. O, televizoru da sındırıb, mebelləri zədələyib. O, dəymiş ziyanı 200 min rubl, oğurlanmış əmlakı isə 8 min dəyərində qiymətləndirib.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb. Əməliyyatçılar şübhəli şəxsi saxlayıblar - onun Lipetska iş üçün gələn 25 yaşlı Kalmıkiya sakini olduğu üzə çıxıb. Kişi zərərçəkmişin yanında mənzil kirayələyib. O, qonşunun evinə şüşəsiz eyvandan daxil olub.
Məhkəmə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsi həbsə göndərib. Onu 6 ilə qədər həbs cəzası gözləyə bilər.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər