14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Yaşlı müəllimə hücum edən şəxs barəsində iş açılıb
Tarix: 26-10-2024 11:22 | Bölmə: Cəmiyyət

Yakutskda 1 saylı məktəbdə şifahi mübahisədən sonra müəllimə döyülməsi və ölümlə hədələnməsinə görə hücum edən şəxs barəsində cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxs müəllimin qızı haqqında dediyi sözlə təhrik edilib.
RF İstintaq Komitəsinin Saxa Respublikası (Yakutiya) üzrə İstintaq İdarəsi bildirib ki, 39 yaşlı cinayətkar barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116 və 119-cu maddələri ilə döyülmə və ölümlə hədələmə maddəsi ilə cinayət işi açılıb.
İstintaq iddia edir ki, oktyabrın 7-də axşam saatlarında müəllim şagirdə irad bildirib və bundan sonra o, atasından təhdidlər almağa başlayıb. Kişi fiziki güc tətbiq edib, nəticədə qadının çiyin nahiyəsi əzilmiş, ön nahiyəsində isə sıyrıqlar əmələ gəlib.
Daha əvvəl şagirdlərin valideynlərinin müəllimlə dəfələrlə münaqişəyə girdiyi bildirilirdi. Həmin gün hər iki valideyn dərsə gəlib və şifahi mübahisə yaranıb.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
16-10-2024, 10:39 Ad günündə yanıb