Bütün xəbərlər
Qız qaçırma işi ilə məşğul olan şəxslər həbs edilib
Tarix: 24-10-2024 11:26 | Bölmə: Cəmiyyət

Məhkəmə Moskvanın mərkəzində qızların qaçırılması və hədə-qorxu ilə tələb edilməsi işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın Taqanski Məhkəməsi Vladimir Kazaçenko və Ruslan Karpenkonu paytaxtda qız oğurluğu və hədə-qorxu ilə tələb etmə işi üzrə həbs edib.
Onlar barəsində məhkəmə iki ay müddətinə, yəni 2024-cü il dekabrın 22-dək həbs qətimkan tədbiri seçib.
İstintaq iddia edir ki, Kazaçenko və Karpenko qızları maşına mindirərək fiziki güc tətbiq etməklə hədələyiblər. Kişilər hədə-qorxudan sonra pulun onlara verilməsini tələb edib, bundan sonra qızları maşından çıxarıblar.
Daha əvvəl məlum olub ki, Moskvada qızlardan pul tələb edən iki adam oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər