Bütün xəbərlər
Qaz partlaması nəticəsində ölən 5-ci şəxs dağıntıları təmizləyərkən tapılıb
Tarix: 20-10-2024 11:43 | Bölmə: Cəmiyyət

Rusiya Fövqəladə Hallar Nazirliyi Tambov vilayətinin Kirsanov şəhərində məişət qazının partlaması nəticəsində ölənlərin sayının artdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bir gün əvvəl səhər tezdən baş verib, Kommunistiçeskaya küçəsindəki beşmərtəbəli binanın dördüncü və beşinci mərtəbələrinə ziyan dəyib. Təxminən 150 kvadratmetr ərazini əhatə edən yanğın söndürüldükdən sonra xilasedicilər dağıntıları təmizləməyə başlayıblar - işlər hələ də davam edir.
"Dağıntıların təmizlənməsi zamanı beşinci qurbanın cəsədi aşkar edilib", - idarədən bazar günü səhər bildirilib.
Xatırladaq ki, bundan əvvəl dörd ölüm faktı məlum idi. Həmçinin, Tambov vilayətinin başçısı Maksim Eqorovun sözlərinə görə, 9 nəfər xəsarət alıb.
Kirsanovda fövqəladə vəziyyət rejimi tətbiq edilib, İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.
Zərərçəkmiş evin sakinləri müvəqqəti yaşayış yerinə yerləşdiriliblər.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər