12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Gənc oğlan pnevmatik tapança ilə 16 yaşlı qızı güllələyib
Tarix: 19-10-2024 23:58 | Bölmə: Cəmiyyət

Moskva yaxınlığındakı Ostankino sovxoz kəndində dava zamanı gənc oğlan pnevmatik tapança ilə 16 yaşlı qızı güllələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti məlumat yayıb.
“Polis əvvəllər müəyyən edib ki, 2008-ci il təvəllüdlü azyaşlı ilə 2006-cı il təvəllüdlü gənc arasında mübahisə baş verib və bu zaman sonuncu hədə-qorxu gələrkən silaha bənzər əşyadan onun istiqamətinə atəş açıb.
Atəş açan şəxs saxlanılaraq ərazi polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ondan pnevmatik tapança götürüblər. Qız qanuni nümayəndəsinin iştirakı ilə dindirilib.
Faktla bağlı adam öldürməklə hədələmə və ya sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl Moskva vilayətinin Dmitrov polisi uşaq bağçası istiqamətində pnevmatik tapançadan atəş açan iki nəfəri saxlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl İvanovo vilayətindən olan yaşlı kişi pnevmatik tapança ilə bir qrup yeniyetməni güllələyib. Ölən və yaralananlar barədə məlumat yoxdur.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər
16-10-2024, 10:39 Ad günündə yanıb