Bütün xəbərlər
5 nəfərin qətlində əli olan şəxslər həbs edilib
Tarix: 17-10-2024 11:21 | Bölmə: Cəmiyyət

Paytaxtın İstintaq Komitəsinin Moskva üzrə müstəntiqlərinin tələbi ilə Moskva ərazisində xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən iki nəfər həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 1998-ci ilin noyabrından 2006-cı ilin aprelinə qədər saxlanılan şəxslər 5 nəfəri öldürüb, daha bir nəfərin həyatına qəsd ediblər. Ümumilikdə işdə yeddi təqsirləndirilən şəxs var. Bu barədə İstintaq Komitəsiməlumat yayıb.
Faktla bağlı bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla törədilmiş iki və ya daha çox şəxsi öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.
Saxlanılan şəxslərin yaşayış yeri üzrə axtarış zamanı polis əməkdaşları tərəfindən odlu silah, döyüş sursatı və qumbara aşkar edilərək götürülüb.
Bu gün istintaq qruplaşmanın qalan üzvlərinin həbsi üçün Moskvanın Zamoskvoretski rayon məhkəməsinə vəsatət vermək niyyətindədir.


Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
16-10-2024, 10:39 Ad günündə yanıb