Bütün xəbərlər
Helikopteri yandıran yeniyetmələr nəzarətə götürülüb
Tarix: 24-09-2024 11:25 | Bölmə: Cəmiyyət

Omsk Mərkəzi Rayon Məhkəməsi Omsk vilayətində helikopteri yandırmaqda təqsirləndirilən 16 yaşlı iki yeniyetmənin həbsinə qərar verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmələrin birgə mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
TASS xəbər verir ki, gənclər terror aktı törətməkdə ittiham olunurlar.
“Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir neçə gün əvvəl iki yeniyetmə helikopter meydançasında olarkən vertolyotu yandırmışdı. Eyni zamanda Telegram kanallarında saxlanılanlardan birinin etirafı ilə ikinci yeniyetmə tərəfindən lentə alınan video yayılıb. Məktəbli yanğını bunun üçün 20 min dollar vəd edən naməlum şəxsin göstərişi ilə törətdiyini bildirib.
Yanğın törədənlər heç bir pul almayıb və saxlanılıb. Təhrikçi bütün yazışmaları silib.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər