Bütün xəbərlər
Balta ilə anasına hücum edib
Tarix: 24-09-2024 00:24 | Bölmə: Cəmiyyət

Omsk sakini sərxoş halda anasına çəkiclə dəfələrlə zərbələr endirib. 66 yaşlı qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Omsk vilayəti üzrə İstintaq İdarəsindən verilən məlumata görə, 45 yaşlı kişiyə qarşı “Qətl etməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
İşin vəziyyətindən məlum olub ki, epilepsiya xəstəliyindən əziyyət çəkən şübhəli şəxs spirtli içkilər və həblər qəbul edib ki, bu da onda halüsinasiyalar yaradaraq anasına hücum edib.
Hazırda şübhəli şəxs saxlanılıb. İstintaq cinayətin bütün hallarını müəyyənləşdirir.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər