09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Moskvada qızla görüşməkdən imtina etdiyi üçün döyən şəxs saxlanılıb
Tarix: 20-09-2024 16:45 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin paytaxt qərargahı Moskvanın cənub-qərbində qızı döyən kişinin saxlanıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarənin məlumatına görə, hadisə Novoyasenevski prospektində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verib.
"Kişi qızla görüşməkdən imtina etdikdən sonra ona hücum edib və onu döyüb", - idarədən bildiriblər.
Hadisədən sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, söhbət Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 2-ci hissəsindən gedir.
Bundan əvvəl Çelyabinsk vilayətində hüquq-mühafizə orqanları qadını mənzilində bir saatdan artıq döyüb zorlamağa cəhd edən yerli sakinə qarşı qəsdən sağlamlığa zərər vurma və zorakılıq hərəkətlərinə cəhdlə bağlı iş açıb.


Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər