21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Yanğın zamanı üç uşaq ölüb
Tarix: 20-09-2024 09:12 | Bölmə: Cəmiyyət

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Yakutskda Sovet Ordusunun 50 illiyi küçəsində taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binası yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsi zamanı yanğınsöndürənlər mənzillərdən birində yaşları 7 aydan iki il yarıma qədər olan 3 uşağın meyitini aşkar ediblər.
İdarədən verilən məlumata görə, yanğın təxminən 50 kvadratmetr ərazini əhatə edib, 14 sakin girişdən təxliyə olunub.
“Yanğının söndürülməsinə 54 mütəxəssis və 13 ədəd texnika cəlb olunub.
İstintaq Komitəsinin və Prokurorluğun əməkdaşları artıq fövqəladə vəziyyətin baş vermə şəraitini yoxlayırlar.
Bundan əvvəl Moskva yaxınlığındakı Aparinki kəndindəki anbarda ciddi yanğın baş verib, yanğının sahəsi 4 min kvadratmetri keçib, binanın dam örtüyü qismən dağılıb.



Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib