Bütün xəbərlər
Moskvada uşaqları vuran miqrantın yaşadığı kabinədə 3 əcnəbi tapılıb
Tarix: 17-09-2024 11:36 | Bölmə: Cəmiyyət

Moskvanın şimal-qərbində piyada keçidində iki uşağı vuran miqrantla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxt İstintaq Komitəsinin məlumatına görə, müttəhimin yaşadığı ünvanda - Çiçerin küçəsindəki tikinti talvarında aparılan axtarış zamanı üç xarici vətəndaş aşkar edilib.
Onlar miqrasiya qanunvericiliyinin yoxlanılması və paytaxt ərazisində cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarına aparılıblar.
Bundan əlavə, yaxın vaxtlarda miqrantın Moskva vilayətində yaşayan qohumları da dindiriləcək. Onların yaşadıqları yerdə də axtarış aparılacaq.
Çərşənbə axşamı uşağın ölümü ilə nəticələnən qəza törədən 20 yaşlı Tacikistan Respublikası vətəndaşı ittiham olunub.
Xatırladaq ki, bazar ertəsi Planernaya küçəsində paylaşılan avtomobillə qəza baş verib. Qadağan olunmuş işıqforda hərəkət edən sürücü piyada keçidində iki məktəblini vurub. Nəticədə 13 yaşlı oğlan ölüb, 11 yaşlı qız isə xəstəxanadadır.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər