Bütün xəbərlər
Göldə itkin düşən üç yaşlı qızın meyiti tapılıb
Tarix: 16-09-2024 10:25 | Bölmə: Cəmiyyət

Ust-Aldan rayonunun Kylayi kəndində uşağın axtarışı sentyabrın 14-də körpənin valideynlərinin polisə müraciətindən sonra elan edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xilasedicilər uşağın meyitini uşağın yaşadığı evin yaxınlığındakı göldə aşkar ediblər.
Respublika Prokurorluğundan verilən məlumata görə, hazırda faciənin baş vermə səbəbləri müəyyənləşdirilir.
İstintaqın gedişi idarənin nəzarətindədir.
Bundan əvvəl Yakutiyada bir yaşlı körpə litium batareyanı udaraq reanimasiyaya yerləşdirilmişdi. Yad cisim 6 gün uşağın qida borusunda qalıb və orqanında ağır yanıqlar, iltihab və şişlik əmələ gətirib. Hazırda uşağın vəziyyəti stabil və ağır kimi qiymətləndirilir.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər