Bütün xəbərlər
Kubanda məhkəmə kütləvi davanın 12 iştirakçısını həbs edib
Tarix: 09-09-2024 21:56 | Bölmə: Cəmiyyət

Krasnodar diyarının Afipski kəndində baş verən kütləvi davanın iştirakçıları 2 gündən 7 günədək həbs olunublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında məlumat verib.
“Ümumilikdə 12 nəfər saxlanılıb, onların hamısı inzibati həbs edilib”, - deyə, Volk aydınlaşdırıb.
Xatırladaq ki, sentyabrın 7-də kənd sakinləri ilə qeyri-slavyan görünüşlü şəxslərin iştirakı ilə kütləvi dava baş verib. 40-dan çox adam polisə aparılıb, cinayət işi açılıb.
Hazırda hadisənin bütün halları ilə bağlı araşdırmalar davam edir.
Hadisədən sonra Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarı üzrə rəhbərinə işin istintaqının gedişi barədə məlumat verməyi tapşırıb.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər