21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Rostov vilayətində koloniyadan qaçan məhbus saxlanılıb
Tarix: 27-08-2024 18:00 | Bölmə: Cəmiyyət

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki həftə əvvəl Rostov vilayətində koloniya qəsəbəsindən qaçan məhkumu saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, oğurluğa görə 2 il cəza çəkən 36 yaşlı Nikolay Mixaylenko avqustun 13-də icazəsiz koloniyanı tərk edib. O, ərzaq mağazasına baş çəkdikdən sonra təyin olunmuş vaxtda geri qayıtmayıb.
Məhkum Kamensk-Şaxtinski şəhərində saxlanılıb. FSIN əlavə edib ki, o, həbs zamanı heç bir müqavimət göstərməyib.
Koloniyanı icazəsiz tərk etdiyinə görə Mixaylenkonu 4 ilə qədər həbs gözləyir.



Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib