Bütün xəbərlər
Uşaq batutda xəsarət aldıqdan sonra cinayət işi açılıb
Tarix: 27-08-2024 09:25 | Bölmə: Cəmiyyət

Monçeqorskda batut arenasında uşağın xəsarət alması ilə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatı “Murman” Dövlət Televiziya və Radio Yayımları Şirkəti yayıb.
İstintaqın məlumatına görə, 2024-cü ilin avqustunda 8 yaşlı qız şəhərin əyləncə mərkəzlərindən birində batut arenasını ziyarət edərkən xəsarət alıb.
Regional İC-dən aydınlıq gətirilib ki, attraksionun quraşdırılması zamanı normativ tələblər pozulub: divarlar boyunca amortizator örtüklər olmayıb. Attraksionun sahibi təhlükəsizlik qaydalarını pozduğuna görə cavab verməli olacaq.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları attraksionun təşkilatçılarının kimliyini öyrənməyə çalışırlar. Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizaları və şahidlərin dindirilməsi aparılır.
Cinayət işi üzrə istintaq davam edir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər