Bütün xəbərlər
Pizzaxananın işçisi ziyarətçiyə hücum edib
Tarix: 25-08-2024 19:23 | Bölmə: Cəmiyyət

Polis Soçidəki kafelərdən birində bir nəfərin müəssisəyə gələn ziyarətçiyə hücumu ilə bağlı araşdırmaya başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidləri sosial şəbəkələrdə münaqişə barədə məlumat veriblər. Onların sözlərinə görə, pizzacı işçisi qəfildən bir qrup adamla masa arxasında əyləşən qızın üzünə qəhvə atıb. Bundan sonra kişi təhqirlər yağdıraraq, qonağı tutub çölə atmağa çalışıb. Kafedəkilər polisə zəng ediblər.
Yerli KİV-in məlumatına görə, insident avqustun 25-də səhər saatlarında kurort şəhərinin Mərkəzi rayonunda, "Riviera Lane"də- pizzaxanada baş verib.
RİA Novosti yazır ki, material Soçi şəhəri üzrə Daxili İşlər İdarəsində qeydə alınıb və yoxlama zamanı həmin şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcək.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər