Bütün xəbərlər
İrkutskdan Moskvaya uçan şəxs partlayıcı haqqında qışqırdıqdan sonra saxlanılıb
Tarix: 23-08-2024 17:16 | Bölmə: Cəmiyyət

İrkutsk hava limanında polis 55 yaşlı Kursk sakinini saxlayıb, o, özü ilə qadağan olunmuş əşyalar apardığını bəyan edib, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Şərqi Sibir Xətti İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs növbədən evə qayıdarkən avtobusa minməzdən əvvəl təyyarəyə əl yükündə partlayıcı maddənin olduğunu bildirib. Polis onun əşyalarına və hava limanının binasına baxış keçirib, lakin nəticədə kişinin xəbəri təsdiqini tapmayıb.
Daha sonra qarışıqlıq yaradan şəxs belə bir hərəkəti sərxoş halda aviaşirkətin nümayəndəsi ilə münaqişə zəminində törətdiyini izah edib. Saxlanılan şəxs təqsirini etiraf edib və törətdiyi cinayətdən peşman olduğunu bildirib.
Terror aktı barədə qəsdən yalan məlumat verməklə bağlı cinayət işi açılıb. Adamı 5 ilə qədər həbs cəzası gözləyə bilər. Hazırda ona həmin yeri tərk etməmək barədə yazılı öhdəlik götürülüb.
Bundan əvvəl Şeremetyevo hava limanında terror aktı hazırlayan Mixail Dariya və İlya Kovılkovun müvafiq olaraq 22 və 15 il həbs cəzası aldıqları bildirilirdi. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə İkinci Qərb Rayon Hərbi Məhkəməsinin hökmü ilə hökm oxunub.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər