19:43 / 06-02-2025
Samir Nuriyev iclas keçirdi
Bütün xəbərlər
Yeniyetmələr onları danlayan qızın saçını kəsdiriblər
Tarix: 22-08-2024 10:39 | Bölmə: Cəmiyyət

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl Moskva vilayətinin Leninski şəhər rayonunun Drojjino kəndinin Yujnaya küçəsində baş vermiş hadisənin səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, on yaşlı qız uşaq meydançasında vaxt keçirən bir qrup yeniyetməni ictimai yerdə nalayiq davranışlarına görə danlayıb.
Cavab olaraq oğlanlar məktəbli qızın əlindən tutaraq onun başındakı saçların bir hissəsini qayçı ilə kəsiblər.
“Üç azyaşlı... onun qollarından tutub evin divarına sıxıb və onlardan biri başının bir tutam saçını kəsib”, - deyə, rayon prokurorluğu məlumat verir.
Zərərçəkənin anası polisə şikayət edib və hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, söhbət Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsindən gedir ki, bu da maksimum yeddi ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər