21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
13 təbliğat plakatını məhv etdiyinə görə saxlanılıb
Tarix: 22-08-2024 10:32 | Bölmə: Cəmiyyət

Krasnoyarsk diyarının Jeleznoqorsk şəhərində Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ictimai yerlərdə Rusiya Federasiyası Silahlı Qüvvələrində müqavilə əsasında xidmətə çağıran 13 təbliğat plakatını qəsdən məhv edib.
Onlarda Rusiya Silahlı Qüvvələrinin rəmzləri, Rusiyanın dövlət bayrağı və Georgi lenti təsvir edilib.
İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə departamentinin mesajında qeyd olunur ki, Jeleznoqorsk sakini öz hərəkətlərinin ictimai mahiyyətindən xəbərdar olub və plakatları “qəsdən və məqsədyönlü şəkildə” məhv edib.
Bundan əlavə, o, şəhər rəhbərliyinə 30 min rubl məbləğində ziyan vurub. Saxlanılan şəxsi 7 ilə qədər həbs gözləyir.



Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib