19:43 / 06-02-2025
Samir Nuriyev iclas keçirdi
Bütün xəbərlər
Mənzilinin eyvanından tikinti sahəsinə atəş açıb
Tarix: 21-08-2024 10:26 | Bölmə: Cəmiyyət

Dənizkənarı Naxodka şəhərində 67 yaşlı yerli sakin yaşayış binasının eyvanından üzbəüz yerləşən tikinti sahəsinə atəş açdığı üçün saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə növbətçiliyə Vrangel mikrorayonunun sakinlərindən məlumat daxil olub. Hadisə yerinə Rusiya Qvardiyasının əməkdaşları gəlib.
Atışma nəticəsində tikinti texnikasına ziyan dəyib, xoşbəxtlikdən insan tələfatı olmayıb. Polis atəş açan şəxsin mənzilinə baxış keçirir və hadisə şahidlərini dindirir.
Artıq ov tüfənginin qanuni olaraq həmin şəxsə məxsus olduğu müəyyən edilib. O, götürülüb və ekspertizaya göndərilib, məhbusun özü isə həkimlər tərəfindən sərxoş olub-olmaması yoxlanılacaq, Primorye polisi bildirir.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər