21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Uşaq düşərgəsində baş verən partlayış videoya düşüb
Tarix: 19-08-2024 09:54 | Bölmə: Cəmiyyət

Tula vilayətinin prokurorluğu Leninski rayonunun Kolodeznoye kəndindəki Solneçnıy yay sağlamlıq düşərgəsində bir gün əvvəl baş vermiş fövqəladə hadisənin görüntülərini nümayiş etdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, insident kimyəvi elementlərin qarşılıqlı təsirinə dair mühazirə çərçivəsində aparılan kimyəvi təcrübələr zamanı baş verib.
Əvvəl xəbər verdiyimiz kimi, üç azyaşlı xəsarət alıb.
İstintaqın gedişi İstintaq Komitəsinin mərkəzi aparatı tərəfindən nəzarətə götürülüb, idarənin rəisi Aleksandr Bastrıkin ona hadisənin baş verməsi ilə bağlı hesabat təqdim etməyi tapşırıb.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib