20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
İçərisində insanların olduğu motorlu qayıq aşıb
Tarix: 19-08-2024 09:47 | Bölmə: Cəmiyyət

Yakutiyada Yana çayında içərisində 4 nəfərin olduğu motorlu qayıq aşıb, bir nəfər sahilə üzüb, qalanları axtarırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin məlumatına görə, hadisə avqustun 18-də Ust-Yanski rayonunun Ust-Kuiqa kəndindən 14 kilometr aralıda baş verib.
Departamentdən əlavə ediblər ki, bir nəfər özbaşına sahilə üzməyi bacarıb. Üç nəfərin yeri müəyyən edilməyib, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd olunur ki, “yol hərəkəti və su nəqliyyatının istismarı qaydalarını pozma” cinayəti ilə bağlı istintaqa hazırlıq işləri aparılır.



Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər