Bütün xəbərlər
İtkin düşən üçüncü uşağın meyiti tapılıb
Tarix: 13-08-2024 17:06 | Bölmə: Cəmiyyət

Yakutiyada respublikanın Bulunski rayonunda balıq ovu sahəsində itən üçüncü qızın cəsədi tapılıb, xilasetmə xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl itkin düşən daha iki nəfərin cəsədi tapılıb.
Xilasedicilərin sözlərinə görə, uşağın cəsədi Küp-Saray balıqçılıq sahəsinin ərazisində olub. Hər üç ölü Tiksiyə aparılacaq.
Avqustun 11-də Yakutiyanın Bulunski rayonunda üç uşağın - ikisi 13, biri isə 16 yaşlı qızın itdiyi bildirilir. Yeniyetmələrin əşyaları Lena çayının yaxınlığında tapılıb. Qızlar Küsyur kəndindən 20 kilometr aralıda yerləşən balıqçılıq ərazisində itkin düşüblər.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Yakutiya prokurorluğunun məlumatına görə, uşaqlar böyüklərin müşayiəti olmadan Lena çayında üzüblər.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər