19:43 / 06-02-2025
Samir Nuriyev iclas keçirdi
Bütün xəbərlər
Vladimirdə sürücüsüz avtomobil bir qrup uşağı əzib
Tarix: 12-08-2024 15:55 | Bölmə: Cəmiyyət

Vladimirdə sükan arxasında sürücüsü olmayan “Chevrolet Lacetti” markalı avtomobil səkidə olan 7-8 yaşlı uşağı əzib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeddi zərərçəkən tibb müəssisəsinə aparılıb.
Polis fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirir. Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidməti xəbər verir ki, ilkin məlumatlara görə, səkinin yanında dayanmış avtomobil kortəbii şəkildə hərəkət etməyə başlayıb.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin əməkdaşları Mira küçəsində avtomobilin bir qrup azyaşlını vurması faktı ilə bağlı prosessual yoxlama təşkil ediblər, idarədən bildirilib. İstintaq Komitəsinin məlumatına görə, avtomobilin toqquşması zamanı uşaqlar böyüklərin müşayiəti ilə uşaq mərkəzinə gedirmiş.
İki gün əvvəl Dağıstanda sürücüsüz avtomobil 100 metr hündürlükdən aşıb, iki nəfər ölüb.
Mayın sonunda Volqoqrad yaxınlığında dörd yaşlı uşaq maşınla kiçik bacısının üstünə çıxıb. Yaş yarımlıq qız xəstəxanada dünyasını dəyişib.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər