14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
İnsanları qaynar sudan xilas edərkən xəsarət alan yanğınsöndürən ölüb
Tarix: 27-07-2024 14:59 | Bölmə: Cəmiyyət

Rusiya Fövqəladə Hallar Nazirliyi Tverdə 25 yaşlı yanğınsöndürmə idarəsinin mühafizə rəisi Kirill Starostenkonun öldüyünü bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmin şəxs iyulun 17-də həmkarları ilə birlikdə avtomobildə sıxılmış vəziyyətdə qalan insanların köməyinə gələrkən xəsarət alıb.
İsti su borusunun partlaması nəticəsində avtomobil yolda yaranan çuxura ilişib.
Kirill Starostenko nəqliyyat vasitəsinə yaxınlaşmağa çalışıb, lakin bu zaman başqa bir çuxur yaranıb - yolun kənarında və yanğınsöndürən özünü qaynar suda tapıb.
Həkimlər bir həftədən çox xilasedicinin həyatı üçün mübarizə aparsalar da, xəsarətlər çox ağır olduğundan yanğınsöndürən bir gün əvvəl dünyasını dəyişib.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər