14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Sankt-Peterburqda 7 nəfər "Eurospar"dan qrildə bişirilmiş toyuqdan zəhərlənib
Tarix: 26-07-2024 10:21 | Bölmə: Cəmiyyət

“Eurospar” supermarketindən qril toyuq əti yeyən 7 nəfərdə salmonellyoz aşkarlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Sankt-Peterburq, Vladimirski prospekti, 19, A ünvanında yerləşən “Eurospar” supermarketindən alınan qril toyuq ətini istehlak edən şəxslərdə 7 salmonella infeksiyası qeydə alındığı üçün şöbə dərhal sanitar-epidemioloji araşdırmaya başlayıb”. Bu barədə Rospotrebnadzor şəhər departamenti məlumat yayıb.
Şöbədə epidemiya əleyhinə tədbirlər kompleksi - supermarket işçilərinin laboratoriya müayinəsi, qida xammalı, su və hazır məhsuldan nümunələr götürülüb. Bundan əlavə, dezinfeksiya işləri aparılıb.
Supermarketdə kulinariya məhsullarının istehsalında əhalinin sanitar-epidemioloji rifahı sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması halları aşkar edilib. Rospotrebnadzorun əməkdaşları kulinariya məhsullarının istehsal olunduğu sexin fəaliyyətinə müvəqqəti qadağa qoyulması haqqında protokol tərtib ediblər.
Hazırda epidemiya əleyhinə tədbirlər davam etdirilir. Şöbə vəziyyətə nəzarət edir.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər