14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Mahaçqalada kvest otağında baş verən yanğında iki qız ölüb
Tarix: 22-07-2024 12:33 | Bölmə: Cəmiyyət

Mahaçqalada iki qız əyləncəli tapşırığı yerinə yetirərkən ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fövqəladə hadisə iyulun 22-nə keçən gecə Rəsul Qəmzətov küçəsində baş verib. Kvest iştirakçılarının yerləşdiyi otaq yanıb. Yanğın zamanı bir qız ölüb. İkinci qurban xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Respublika Klinik Xəstəxanasından RİA Novosti-yə verilən məlumata görə, səhər saatlarında yanğın zamanı xəsarət alan ikinci qız dünyasını dəyişib.
Hadisədən sonra prokurorluq kvest təşkilatçısının qanuna riayət edib-etmədiyini müəyyən etmək üçün yoxlama aparır.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər