Bütün xəbərlər
Moskvada ikiqat qətl sifariş etməyə cəhd edən Ermənistan vətəndaşı həbs edilib
Tarix: 20-07-2024 08:32 | Bölmə: Cəmiyyət

Ostankino Rayon Məhkəməsi iki nəfərin qətlinə göstəriş verməyə cəhd edən Ermənistan vətəndaşı Tiqran Xaçatryanı sentyabrın 18-dək həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,İstintaqın hesab etdiyinə görə, Xaçatryan ikiqat qətl törətmək üçün icraçı tutaraq cinayət niyyətini həyata keçirməyə cəhd edib. Qatilə 80 min ABŞ dolları mükafat vəd edilib.
Onlar əlavə ediblər ki, müstəntiqlərin fikrincə, Xaçatryan cinayət niyyəti ilə müəyyən pul mükafatı müqabilində iki nəfəri sifarişlə qətlə yetirmək üçün podratçı tapıb.
Ötən ilin dekabrında 56 yaşlı Ermənistan vətəndaşı Tiqran Xaçatryan tanışını 20 min dollar müqabilində sifarişli qətldə vasitəçi olmağa dəvət edib. Vasitəçi qatili tapmalı və sui-qəsdi təşkil etməli idi, amma bunun əvəzinə polisə müraciət etdi. Sifarişçini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri və mərhələli qətl həyata keçirilib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər