Bütün xəbərlər
300-dən çox insan itkin düşən serebral iflic olan yeniyetməni axtarır
Tarix: 08-07-2024 18:57 | Bölmə: Cəmiyyət

Çelyabinsk yaxınlığında ötən şənbə, iyunun 6-da valideynləri göbələk ovuna çıxanda yoxa çıxan 14 yaşlı Arslan M.-nin axtarışları davam etdirilir, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, böyüklər serebral iflicdən əziyyət çəkən yeniyetməni bir neçə saat meşə hədiyyələri axtararkən maşında qoyublar, lakin geri qayıdanda maşında heç kim olmayıb. Valideynlər əvvəlcə oğullarını təkbaşına axtarıblar, daha sonra yaxınlıqdakı Bektış kəndinin sakinləri köməyə gəliblər.
Səhərə qədər əməliyyatda 200-dən çox könüllü, 120 polis əməkdaşı iştirak edib. Əraziyə helikopter vasitəsilə baxış keçirilsə də, hələlik heç bir nəticə əldə olunmayıb.
Bəzi məlumatlara görə, oğlan itkin düşəndən bir neçə saat sonra kənd yaxınlığındakı SNT-də görünüb.





Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər