Bütün xəbərlər
Mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb
Tarix: 06-07-2024 18:52 | Bölmə: Cəmiyyət

Ukraynanın Rovno vilayətində marşrut avtobusu ilə yük maşınının toqquşması nəticəsində bir uşaq və 13 böyük ölüb, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, dəhşətli qəzanın hansı ərazidə baş verdiyini dəqiqləşdirməyib. Məlumdur ki, qəzadan yalnız bir qadın sağ çıxa bilib; altı yaşlı uşaq da daxil olmaqla 14 nəfər ölüb.
İlkin versiyaya görə, tankerin sürücüsü idarəetməni itirərək qarşıdan gələn mikroavtobusa çırpılıb, bundan sonra hər iki avtomobil yolun hərəkət hissəsindən çıxıb.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər