Bütün xəbərlər
Moskva vilayətində güclü yanğın baş verib, evlər və ticarət mərkəzinin fasadı yanıb
Tarix: 04-07-2024 18:41 | Bölmə: Cəmiyyət

Moskva yaxınlığındakı Odintsovoda baş verən yanğın təxminən 1600 kvadratmetr ərazini əhatə edib, vilayət prokurorluğunun mətbuat xidməti bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xatırladaq ki, yanğın palet anbarında başlayıb. Bundan sonra yanğın iki fərdi yaşayış evi, yaxınlıqdakı ticarət mərkəzinin də fasadı yanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerində olan qrup 80 nəfərə qədər artırılıb, 45 texnika, o cümlədən havanın ölçülməsi üçün laboratoriya cəlb edilib.
Daha əvvəl xəbər verildiyi kimi, insident nəticəsində xəsarət alan olmayıb.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər