Bütün xəbərlər
Moskvada fəhlə 25-ci mərtəbənin hündürlüyündə qüllə kranının kabinəsində istidən ölüb
Tarix: 03-07-2024 12:11 | Bölmə: Cəmiyyət

Moskvanın cənubunda tikilməkdə olan hündürmərtəbəli binanın yaxınlığında qüllə kranının kabinəsində fəhlə ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təxminən 90 metr hündürlükdə - 25-ci mərtəbə ətrafında olarkən o, həddindən artıq istidən huşunu itirib. RİA Novosti bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən xəbər verir.
Güclü yan küləklər səbəbindən xilasedicilər uzun müddət huşunu itirmiş işçinin olduğu kabinəyə daxil ola bilməyiblər. Onun ölümü ilə bağlı araşdırma aparılır.
Ötən gün Moskvanın Şimal İnzibati Dairəsində qüllə kranının kabinəsi yanıb. Yanğının istidən başladığı ehtimal edilir.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub