Bütün xəbərlər
Moskvada yataqxananı yandıran şəxs ömürlük həbs cəzası alıb
Tarix: 28-06-2024 15:06 | Bölmə: Cəmiyyət

Moskvada məhkəmə 60 yaşlı kişini yataqxananı yandırmaqda təqsirli bilərək hökm çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,yanğın nəticəsində ikisi uşaq olmaqla 7 nəfər həlak olub, daha 7 nəfər isə ağır yanıq xəsarətləri alıb.
Kişi Moskvanın Mejdunarodnaya küçəsində yerləşən yataqxanada sərxoş halda qonşuları ilə münaqişəyə düşüb. Qonşuların yaşadığı otağın astanasında həmin şəxs paltar torbasını qoyub, çantaya tez alışan maye töküb yandırıb, sakinlərin təcili çıxışını bağlayıb.
Daha sonra kişi cinayət yerindən qaçıb. Hücum edən şəxsin cinayət əməlləri insanların ölümünə səbəb olub.
Məhkəmə münsiflər heyətinin hökmü əsasında həmin şəxsi xüsusi rejimli islah koloniyasında ömürlük həbs cəzasına məhkum edib.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub